F-1.az xatırladır ki, britaniyalı sürücünün çempion olması üçün Rosberq yarışı ən yaxşı halda 4-cü yerdə bitirməli idi və buna görə də, Həmilton Əbu Dabi yarışının sonunda komandasının təlimatlarını dinləməyərək, komanda yoldaşı Rosberqi ləngitmişdi.
Maks Ferstappen: “Yarışdan və aldığım nəticədən razıyam. Xüsusən də, yarışı liderə bu qədər yaxın bitirdiyimə görə özümü yaxşı hiss edirəm. Düzdür, bu real göstəricilər deyildi, amma yenə də komanda bizi sevindirdi.
Yarışın sonunda Lyuis Rosberqi yavaşlatmaq istəyirdi. Eyni vəziyyətdə mən olsaydım, eynisini təkrarlayardım. Belə uzun mövsümü 5-ci yerdə bitirdiyim üçün sevincliyəm. Çox gözəl mövsüm oldu. Gələn il daha yaxşı nəticələr almaq istəyirik”.