F-1.az xatırladır ki, texniki reqlamentdə ciddi dəyişikliklər olacaq və buna görə də Mercedes-in ən ciddi rəqibinin Red Bull komandası olması gözlənilir. Keçən il mükəmməl performans göstərərək, qələbə qazanan Maks Ferstappen isə çempionluğa real namizədlərdən sayılır.
Yos Ferstappen: “Vaxtı gələndə Maksın Dünya Çempionluğu barədə danışacağıq. Amma indi bu barədə danışmaq üçün tezdir. Keçən il İspaniyada gözəl bir qələbə qazandı. Ümid edirəm ki, bu il də bir neçə yarış qazanar. İnanıram ki, 3-4 yarış qazanar.
Red Bull komandası reqlament dəyişəndən sonra həmişə gözəl nəticələr göstərib. Məndə olan məlunata görə, bu il çox güclü olacaqlar.
Maks qışda 3-4 kiloqram kökəlib. Bunları boyun və qol əzələlərində görə bilərsiniz. Ümumilikdə əzələ cəhətdən çəkisi artıb. Yeni bolidlərdə problem yaşamamaq üçün ən yaxşı formada hazırlaşır və özünü yaxşı hiss edir”.