M.Ferstappen buz meydançasını xatırlayıb

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, tras kənarı buz meydançası kimidir.

F-1.az bildirir ki, niderlnadlı sürücü Meksikadakı birinci sərbəst yürüşlərdə bolidin arxa tərəfini itirib və bolidi güclə ram edib. O, buna baxmayaraq tras xaricinə çıxıb və yerində fırlanıb. Yenə də bariyerlərə dəymədən yoluna davam edib.

Maks Ferstappen: “Çətin idi. Trayektoriyadan çıxdım və buz meydançasındakı kimi sürüşdüm. Buna görə də sükanı sağa-sola çevirdim. Ancaq daha sonra onu buraxıb, bariyerlərə çırpılmamaq üçün əyləcə basdım.

Əlimizdə çox məlumat yoxdur. Brinci sərbəst yürüşlərdə hər şey qaydasında idi. Lakin onunla bir dövrə vura bildik və ikinci sərbəst yürüşlərdə təkər testi etdik. Hamı üçün müəmmalar var. Sərt təkərlərdə bolidi sürmək daha çətindir”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*