M.Ferstappen: Bütün yarışları udmaq qeyri-realdır

İkiqat dünya çempionu komandanın cari mövsümdəki bütün yarışları qazana bilməsi ehtimalına toxunub.

F-1.az xəbər verir ki, niderlandlı sürücünün fikrincə, hər şey onların əlində olmadığı üçün və bəzən işlərin qaydasında getməyə biləcəyi üçün bunu etmək asan deyil.

Maks Ferstappen: “Biz bütün Qran Priləri qazana bilərikmi? İndiki performansımızı nəzərə alsaq, bəli. Amma bu çox qeyri-realdır. Həmişə işlərin səhv getdiyi və bəzən nəzarətinizdən çıxdığı anlar olacaq”.

Qeyd edək ki, bu il geridə qalan 8 yarışın hamısında Red Bull əlçatmaz olub – Ferstappen 6 dəfə, onun komanda yoldaşı Serxio Peres isə iki dəfə finiş xəttini hamıdan tez keçib. Komandanın sürücüləri çempionatda da ilk iki sıradadırlar.

Xatırladaq ki, Formula1 tarixində indiyə qədər heç bir komanda bir mövsümdəki bütün yarışlarda qalib gəlməyib. Buna ən çox yaxınlaşan 1988-ci ildə 16 yarışın 15-ni qazanan McLaren olub…

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*