M.Ferstappen: Bütün yarışları qazana bilərik, amma…

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, Red Bull bütün yarışlarda qalib gələ bilər, amma xarici faktorlara görə bu mümkün deyil.

F-1.az xatırladır ki, “qırmızı öküzlər” bu il keçirilən 7 yarışın hamısında qalib gəlib. Əksəriyyət düşünür ki, onlar 22 yarışın hamısında qələbə qazanacaqlar.

Formula1 tarixində heç bir komanda mövsümdəki bütün yarışlarda qalib gələ bilməyib. Bu uğura 1988-ci ildə McLaren komandası yaxın olub. Britaniyalılar 16 yarışın 15-də qalib gəlmişdilər.

Maks Ferstappen: “Belə görünür ki, bütün yarışları qazana bilərik, ancaq bunun reallaşması mümkün deyil. Bir şey tərs gedə bilər və yarışdan xaric ola bilərsiniz ya da hər nə isə.

Temp cəhətdən isə potensialımız var. Ancaq sıralanma turunda problemlər yaşaya və ya şəxsi səhvlər edə biləcəyimiz traslar ola bilər.

Hegemonluğa gəldikdə isə Formula1-də bəzən bir komandanın önə çıxdığı mövsümlər olub. Bu ilk dəfə deyil. Reqlamenti uzun illər dəyişməzsəniz, komandalar bir-birlərinə yaxınlaşarlar. Bəlkə də birinci bunu təhlil etməlidirlər. Əgər heç nəyə əl vurmasanız, iki komanda, ola bilsin üç komanda bir-birlərilə mübarizə aparar.

Ancaq səksəninci, doxsanıncı, 2000-ci, 2010-cu illərə baxsaq, bir komandanın hegemonluğunu həmişə görə bilərik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*