F-1.az xatırladır ki, 18 yaşlı sürücü Monakodakı sıralanma turunda lider Rəykkönendən 0.3 saniyə geri qalaraq, 4-cü olub.
Maks Ferstappen: “Sözün açığı, realist olmalıyıq. Bu həftəsonu öndəkilərə yaxın görünsək də, daha yaxşı nəticə almaq mümkünsüz idi. Burada ötmə etmək çətin olduğu üçün yaxşı start almalıyıq. Dövrəvi nəticələr bir-birlərinə yaxın olduğu üçün sıralanma turunda səhv etmək olmazdı. Sabah öndəkilərin səhvindən istifadə edib podiuma yüksəlməyə çalışacağıq. Ferrari yarışın favoritidir. Döngələrdə əla təsir bağışlayırlar və təkərləri tez qızdırırlar”.