F-1.az xatırladır ki, hollandiyalı sürücü Rusiya yarışına 7-ci yerdən başlasa da, gözəl startla Massa və Rikkardonu qabaqlayaraq, yarışı lider Bottasın bir dəqiqə gerisində – 5-ci yerdə bitirmişdi.
Maks Ferstappen: “Bilirdik ki, start yarışın geri qalanı üçün çox vacibdir və mən də yaxşı start aldım. Felipe və Rikkardonu keçdikdən sonra yarışı təkbaşına keçirdim. Öndəki bolidlər məndən uzaqlaşırdılar və mən də arxadakılarla fərqi artırırdım. Bir müddətdən sonra isə yarışın bitməsini gözlədim. Yarışdan əvvəl problem yaşasaq da, mexaniklər bolidi vaxtında hazırlaya bildilər. Onlara da təşəkkür edirəm. SuperSoft təkərlərlə tempimiz yaxşı idi və bu, yarışın yeganə müsbət tərəfi idi. Barselonaya yeniliklərlə gedəcəyik və orada rəqabətədavamlı olmağa ümid edirik”.