F-1.az xatırladır ki, hollandiyalı sürücü Saxir Qran Prisinin cümə sərbəst yürüşlərində ən sürətli ikinci zaman nəticəsini göstərib.
Maks Ferstappen: “Bu trasda balans tapmaq çətindir və bunu hələ ki, bacarmırıq. Bolidin həm önü, həm də arxası sürüşür və əsas problemlər bunlardır. Bundan başqa qısa trasda təkər temperaturuna da fikir verməliyik.
Sıralanma tempində pis deyildik, ancaq daha yaxşı ola bilərik. Bu tras hamı üçün yeni və müəmmalıdır. Düzünü desəm, həyəcanlı tras deyil. Həm dar, həm də qısadır. Həmişə trafikə düşürsünüz və diqqətli olmalısınız. Bundan başqa komanda ilə əlaqə saxlamaq üçün radio da davamlı açıq qalmalıdır. Heç sevmədim. İkinci sektorda təhlükəli döngələr var”.