F-1.az xatırladır ki, niderlandlı sürücü pouldan başladığı yarışı rahatlıqla qazanıb. Bu 25 yaşlı sürücününü karyerasındakı 41-ci qələbə olub və bu sayda əfsanəvi Ayrton Sennaya çatıb. Red Bull komandası isə 100-cü qələbəsini əldə edib.
Maks Ferstappen: “Təbii ki, hazırda çox xoşbəxtəm. Çox bəsit yarış deyildi, çünki təkərlər gözlədiyimiz kimi performans göstərmirdi. Cümə gününə nisbətən yarışda hava soyuq idi və bir az sürüşürdük. Yarışda başımıza gələnlər gözlədiyim şeylər idi, amma asfaltla ilişmə və təkərlərin temperaturunu qorumaq bizi çox yordu.
Lakin sonda qələbə qazandıq və bu komandanın 100-cü qələbəsidir. Bu, inanılmazdır. Bu rəqəmlərə çatacağımı heç gözləmirdim. Əylənməyə və çox işləməyə davam edirik. Amma yarış doğrudan da əla keçdi”.