F-1.az xatırladır ki, niderlandlı sürücü Ciddədəki sıralanma turunun ikinci sessiyasında birdən yavaşlayıb və boksa qayıtmalı olub. Onun üçün sessiya elə orada bitib. Bu da o deməkdir ki, niderlandlı sürücü sabahkı yarışa 15-ci yerdən başlayacaq. 25 yaşlı pilotun yavaşlama səbəbi isə dirsəkli val olub.
Maks Ferstappen: “Bu problemi ilk dəfə eşidirəm. 10-cu döngədən çıxarkən bu hal baş verdi və çox pis haldır. İndiyə kimi yaxşı həftəsonu keçirdim. Hər sessiya doğrudan da yaxşı keçdi və t hər trasa çıxanda bolid yaxşı işləyirdi.
Yarışda önə keçmək çətin olacaq, amma əsas odur ki xal qazanaq. Mövsüm uzundur. Yarışa öndə başlamaq istəyərdim, amma bunu dəyişə bilmərik”.