F-1.az xatırladır ki, niderlandlı sürücü Belçikadakı sıralanma turunda ən yaxın rəqibi Saynsa 0.6 saniyə fərq atara poul qazansa da, motor cəzasına görə yarışa 15-ci yerdən başlayacaq.
Maks Ferstappen: “Sıralanma turu əla keçdi. Bütün həftəsonu ərzində güclü idik. Sıralanma turunda hər şey bir yerə yığdıq. Çox sürətli idik.
Yarışa arxadan başlasam da, vəziyyətdən razıyam. Burada olmaq gözəldir. Bura gözəl trasdır və azarkeşlər yaxşıdır. Ümid edirəm ki, əyləniblər.
Yarışda yüksəlməliyik. Belə bolidlə podiuma yüksəlməmək məyusedici olar”.