F-1.az xatırladır ki, niderlandlı sürücü 2022-ci mövsümünü çempionluqla bitirərək, ardıcıl ikinci titulunu qazanıb.
Maks Ferstappen: “Düzü bu il hisslərim tamamilə fərqlidir, amma belə olması normaldır. Həyatınızda ən böyük hədəfiniz – Formula1- üzrə Dünya Çempionu olmaq – üçün işləyirsiniz. Bunu ilk dəfə qazananda hissləriniz göylərə qalxır.
2021-ci ildə çempion olduğumuz üçün bu il fərqli idi. Startda komanda olaraq rəqabətədavamlı idik. Mövsüm ərzində Mühəndislər Kubokunu da qazandıq və böyük uğurlar əldə etdik. Buna görə də 2022-ci ildən daha çox həzz aldıq. Lakin ilk titullar daha emosiyanal olur”.