F-1.az xatırladır ki, niderlandlı sürücü İmolada pouldan başladığı yarışda Böyük Dəbilqə edərək, çox rahatlıqla qalib gəlib. Sprintdən sonra əsas yarışı da qazanan Maks, emiliya Romanya Qran Prisindən 34 xalla ayrılıb.
Maks Ferstappen: “Belə uğur qazanmaq həmişə çətin olub. Lakin cümə və şənbə günləri güclü idik. Bu gün isə hava şəraitinə görə necə olacağımızı bilmirdik. Lakin komanda olaraq əla işlədik. Dubl etməyə layiq idik.
Düzdür, yaxşı start aldıq, amma startdan sonra düzgün strategiya seçmək, quru təkərlərinə vaxtında keçmək və ilk dövrədə səhv etməmək çox vacibdir. Lider olanda həmişə tempi tutmalısınız. Əvvə çətin olsa da, sonra hər şey qaydasına düşdü”.