M.Ferstappen: “Bottasın hərəkəti axmaqlıq idi”

Maks Ferstappen bildirib ki, Valtteri Bottasın sıralanma turunda etdiyi hücumlar təhlükəli olub.

F-1.az xatırladır ki, Bottas ilk döngədə Ferstappenə hücumlar etmişdi və bunun nəticəsində hollandiyalı sürücü tras xaricinə çıxmışdı.

Maks Ferstappen: “Məncə, bu ağıllı hərəkət deyildi. Yeni zaman dövrəsi vurmağa hazırlaşırdım. Onun məni keçmək istəməsini başa düşürəm, amma ötmək üçün doğru yerdə deyildi. Mən sürətli dövrə vura bilmədim və o da vura bilmədi. Onu başa düşürəm, amma düzlük sürətimiz pis deyil. Bunu etmək üçün əlinə fürsət düşməmişdi”

Ferstappen bildirib ki, Bottasa cəza düşmür: “Mən burada cəza veriləsi heç nə görmürəm. Amma etdiyi hərəkət təhlükəli idi. Təhlükəli, lazımsız və axmaqlıq idi”.

Hollandiyalı bildirib ki, o bu barədə Bottasla danışmayıb: “Xeyr. Mən onun yanına gedən deyiləm. O, mənim yanıma gəlməlidir”.

18 yaşlı sürücü bildirib ki, həmin vaxt Bottas heç nəyi fikirləşməyib: “Məncə, o anda heç nə düşünmürdü. Elə görünür”.

Ferstappen düşünür ki, yarışda ikinci yeri tutmaq mümkündür: “Üçüncü sessiyada qırmızı bayraqdan əvvəlki əldə etdiyimiz məlumatları təhlil etsək, görərik ki, 2-ci yer uğrunda mübarizə apara bilərdim. Yarışda düzlük sürətimizin hesabına bir neçə nəfəri qabaqlaya bilərik. Ancaq 9-cu yerdən başşlamaqdansa, ön tərəfdə başlamağı daha üstün tuturam. Əlbəttə, düzlükdə vaxt itiririk, amma yarışda ikinci yer uğrunda mübarizə apara bilərik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*