M.Ferstappen: “Boşanmalar artacaq”

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, 22 yarışlıq təqvimə görə boşanmaların sayı artacaq.

F-1.az xatırladır ki, gələn il Formula1 təqvimində 22 yarış olacaq və bu da F1 tarixinin ən uzun təqvimi deməkdir.

Maks Ferstappen
: “İldə 22 yarışa çıxmağı istəmərəm. Ən yaxşı trasları seçməliyik. Pul qazanmaq istəyirlər və bunu anlayıram, ancaq mexanikləri də düşünmək lazımdır. Rəhbərlər şənbə günü trasa gəlirlər və bəzən yarış bitmədən gedirlər. Mexaniklər isə həftənin ikinci günündən trasda olurlar. Buna görə rəhbərlərə görə problem yoxdur. Onlara qalsa, 30 yarışa da razıdırlar. Lakin mexaniklər 5-6 gün işləyirlər. Belə olan halda onların ailələrinə söz-söhbət düşə və boşanmalar arta bilər”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*