F-1.az xatırladır ki, Red Bull həm qış testlərində, həm də Avstraliyada Ferrari və Mercedes-dən zəif təsir bağışlamışdı. Bundan başqa komandada ciddi etibarlılıq problemləri də var. Belə ki, Rikkardo yarışı mühərrik probleminə görə vaxtından əvvəl bitirmiş, Ferstappen isə yarışın sonunda əyləclə bağlı problemlər yaşamışdı.
Amma komandanın 19 yaşlı sürücüsü Maks Ferstappen bu problemləri dramatikləşdirmir: “Burada heç nəyi dramatikləşdirmək lazım deyil. Bilirdik ki, mövsümə başlayacağıq. İlk yarışda 5-ci olaraq xal almaq gözəl idi. Bolidin yaxşı potensialı var və rəqiblərimizə nisbətən tez inkişaf edəcəyik. Narahat deyiləm”.