F-1.az xatırladır ki, hollandiyalı sürücü cümə axşamı sərbəst yürüşlərində komanda yoldaşı Rikkardodan 0.194 saniyə geri qalaraq 2-ci olub.
Maks Ferstappen: “Sıralanma turunda Ferrari və Mercedes rejimlərin hesabına bizə yaxınlaşacaq. Amma inanıram ki, daha güclü olacağıq. Hər şey çox yaxşı idi. Çox problemimiz olmadı. Buranın şəhər tipli tras olması da bizə kömək edir. Bolid keçənilkinə nisbətən daha yaxşıdır. Bu hal bizə kömək edər”.