F-1.az xatırladır ki, Maks Ferstappen Macarıstandakı birinci sərbəst yürüşlərdə 8-ci olub. Lakin yağışlı ikinci sərbəst yürüşlərdə də yaxşı nəticə göstərə bilməyib.
Maks Ferstappen: “İlk sessiya yaxşı keçmədi. Məlumatları təhlil edəcəyik, amma ikinci sessiyanın yağışlı olması məyusedicidir. Daha çox sazlanmanı yoxlaya bilərdik. Bütün gecə işləyəcəyik. Sabah daha yaxşı nəticə qazanmalıyıq. Balans problemimiz var.
Sabah və bazar günü də yağış gözlənilir. İkinci sessiayada az işlədik. Hava hamı üçün eynidir. Çox iş görməliyik. Boliddən razı deyiləm. Görək sabah nə olur”.