M.Ferstappen: “Boliddən razıyam”

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, ilk gündən razı qalsa da, hələ çox işləməlidirlər...

F-1.az xatırladır ki, hollandiyalı sürücü Avstriyada cümə sərbəst yürüşlərində lider Həmiltondan 0.349 saniyə geridə qalaraq, 4-cü olub.

Maks Ferstappen: “Çox yaxşı gün idi. İkinci sessiyanın əvvəlində əyləclə bağlı xırda problemlər oldu və bir az vaxt itirdik. Amma proqramımızı uğurla yerinə yetirdik. Bu gündən razı ola bilərik. Bolidin balansından razı qalmadığım üçün bu axşam çox iş görməliyik. Buna baxmayaraq, öndəki komandalardan çox geri qalmırıq.

Bilirik ki, Mercedes sıralanma turunda mühərriyin gücünü artıracaq. Həm də hava hər an dəyişə bilər. Buna görə də bizi maraqlı şənbə günü gözləyir”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*