M.Ferstappen: “Bolid zəif idi”

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, bolidi üçlüyə düşmək üçün yaxşı olmayıb.

F-1.az xatırladır ki, hollandiyalı sürücü Fransadakı sıralanma turunda lider Həmiltondan 0.7 saniyə geri qalaraq 4-cü olub.

Maks Ferstappen: “Son sessiya yaxşı deyildi. Bolid öndən sürüşürdü və təkərlərin kənarları bizim üçün yaxşı deyildi. Belə olan halda döngələrdə aqressiv ola bilmirsiniz. Xüsusən də, son sektorda. Sıralanma turunda çox güclü deyildik. Ön qanad sazlanmalarım Danielinkindən fərqli idi və məncə, bizimki daha düzgün idi.

Fettel startda təkər üstünlüyünə sahib olacaq. Amma dövrələr keçdikcə təkərlərin nə qədər dözəcəyini görəcəyik. Normal şərtlər altında SuperSoft təkərlərlə trasda daha çox qalmalıyıq. Yarışda əlimizdən gələni edəcəyik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*