F-1.az xatırladır ki, niderlandlı sürücü bugünkü yarışa pouldan başlayıb və rahatlıqla birinci yeri tutub. O, eyni zamanda Bəhreyndə ilk dəfə qalib gəlib.
Maks Ferstappen: “İlk pit-stopa qədər fərqi açdım və hər şey yaxşı idi. Ondan sonra hər şey təkərlərə nəzarətdən asılı idi, çünki yarışın növbəti dövrələrində nə olaağı məlum deyildi.
Buna görə də təkərlərin yaxşı işlədiyindən əmin olmalı idik. Axır ki, Bəhreyndə qazandım və çox xoşbəxtəm”.