F-1.az xatırladır ki, niderlandlı sürücü ikinci sərbəst yürüşlərdə ən sürətli sürücü olub və ən yaxın rəqibini 0.8 saniyə qabaqlayıb.
Maks Ferstappen: “Trasa çıxandan bəri maşın yaxşı işləyirdi. Düzdür, həmişə görüləsi kiçik işlər olur. Balansı artırmaq üçün bəzi nüanslar olur, amma ilk dövrədən etibarən maşından razı qaldım.
Görək yarışda nə qədər yüksələcəyik. Əlimizdən gələni edəcəyik”.