M.Ferstappen: “Bolid əla işlədi”

Red Bull komandasının sürücüsü Maks Ferstsppen bolidindən razı qalıb.

F-1.az xatırladır ki, hollandiyalı sürücü Meksikadakı sıralanma turunda poul qazanıb. Lakin son cəhdində Bottasın qəzasına görə çıxan sarı bayraqlarda yavaşlamadığı üçün Ferstappen araşdırılır.

Maks Ferstappen: “Maraqlı gün idi. Poul qazanmaq inanılmazdır. Ferrari-nin düzlüklərdəki sürətindən xəbərdar idik. Buna baxmayaraq poul qazanmaq gözəl oldu. Komandaya təşəkkür edirəm. Çox işlədilər və yeni detallar gətirdilər. Onlar da yaxşı işlədilər. Yarışda əlimizdən gələni edəcəyik. Startda yer itirsək belə, bolidimizin gücü qələbəyə imkan verir”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*