M.Ferstappen: “Boksda çox qaldıq”

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, boksda çox vaxt itirdiyi üçün komanda yoldaşı Rikkardodan geridə qalıb.

F-1.az xatırladır ki, hollandiyalı sürücü Bakıdakı sıralanma turunda 5-ci yeri tutub.

Maks Ferstappen: “Rəqiblərimizin hava kisəsindən istifadə etmək üçün pitdə çox gözlədik. Amma xeyli vaxt itirdik və təkərləri qızdırmağa fürsətimiz olmadı. Son dövrəmdə ön təkərləri maksimun istifadə edə bilmədik və bu şəhər tipli traslar üçün ciddi problemdir. Amma nəticəyə baxsaq, vəziyyət pis deyil. Mübarizə apara bilərik və hər şey ola bilər. İlk beşlik SuperSoft təkərlərlə yarışa başlayacaq. Arxamızda Kimi Rəykkönen UltraSoft təkərlə başlayacaq və ilk pitə ona nisbətən gec gedə bilərik. Görək sabah necə olacaq. Sebastyan sürətli olsa da, təslim olmayacağıq”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*