F-1.az xatırladır ki, niderlandlı sürücü hazırda əsas rəqibi Lekleri 63 xal qabaqlayır. Bu həftəki Macarıstan yarışı isə Ferrari-nin maşınına daha çox uyğundur.
Maks Ferstappen: “Mən hər yarışdan maksimumu almağa çalışıram. Həmişə vəziyyətimizi təhlil etməli və nəyin mümkün olduğunu görməliyik. Birincilik mümkündürsə, bunun üçün mübarizə apararıq. Ancaq ikinci və ya üçüncü yer ən yüksək nəticədirsə, onda bunu əldə etməyə çalışarıq. Çempionluq uğrunda mübarizə aparırıqsa, hər yarış finiş görməliyik. Ən vacibi budur”.