F-1.az xatırladır ki, 19 yaşlı sürücü Çində birinci sərbəst yürüşlərdə cəmi iki sürətli dövrə vurmasına baxmayaraq, birinci yeri tutub. Amma hollandiyalı sürücü əsas rəqibləri ilə aradakı fərqi müqayisə edə bilmədiyi üçün məyusdur: “Bu gün hava şəraiti çox böyük rol oynadı. Sadəcə iki dövrə vuraraq birinci yeri tutmaq çox gözəldir.
Avstraliyadan bəri boliddə heç nəyi test edə bilməmişdik. Burada test etmək istəyirdik, amma yağış imkan vermədi. Lakin digər komandalar da məlumat toplaya bilmədilər və buna görə də problem yoxdur. İkinci sərbəst yürüşlərin keçirilməməsini doğru hesab edirəm. Bir qəza olsaydı və helikopter havaya qalxa bilməsəydi, pis vəziyyət alınardı. Ümid edirəm ki, şənbə günü hava yaxşı olar və bolidin potensialını görərik”.