F-1.az xatırladır ki, hollandiyalı sürücü yarışa 5-ci yerdən başlasa da, Rəykkönenin mübarizəni dayandırması və Ferrari-nin səhv strategiya seçməsi ilə 3-cü olmuş və mövsümdə ilk podiumunu əldə etmişdi.
Maks Ferstappen: “Bolid çox yaxşı işləyirdi. Burada ötmə etməyin çətin olduğunu bilirdik, amma bəxt bizim yanımızda idi. Kiminin dayanması bizim üçün yaxşı oldu. Təkərlər də sona qədər yaxşı dözdülər. Daha sonra Fettelin geriyə düşməsilə podium qazandıq. Virtual təhlükəsizlik maşınından sonra Bottasın təkərlərinin vəziyyətinin pis olacağını bilirdik, amma ona çatmaq çətin idi və ön qanadım zədələnmişdi. Əsasən Fetteli arxamda saxlamağa fokuslanmışdım”.