M.Ferstappen: Belə uğurlu olacağıma inanmazdım

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, “Red Bull tarixinin ən çox yarış qazanan sürücüsü” olmaq böyük uğurdur.

F-1.az xatırladır ki, niderlandlı sürücü Monakoda qalib gələrək, Red Bull-dakı 39-cü qələbəsini əldə edib. O, bununla əfsanəvi Sebastyan Fetteli keçərək, “qırmızı öküzlər”in heyətində ən çox yarış qazanan pilot olub.

Sebastyan Fettel 2009-2014-cü illərdə Red Bull-da yarışmış və bu müddətdə 38 qələbə, 4 Dünya Çempionluğu qazanmışdı.

Maks Ferstappen: “Əgər bir müddət yaxşı maşınınız olsa, bütün rekordları qırarsınız. Amma bu əladır. Karyeramın bu nöqtəyə gələcəyini düşünməzdim. Böyüyəndə Formula1 pilotu olmaq istəyirdim. Bu qədər yarış qazanmaq inanılmazdır. Xəyal edəcəyimdən də yaxşıdır”.

Xatırladaq ki, Ferstappen dördqat Dünya Çempionu Fettelin 3 rekordunu qırıb. Onlardan birincisi yarış qazanan ən gənc sürücü rekordu, İkincisi bir mövsümdə ən çox yarış qazanan sürücü rekordu, üçüncüsü isə Red Bull komandasında ən çox yarış qazanmış sürücü rekordu olub.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*