F-1.az xatırladır ki, Ostində yarışa 18-ci yerdən başlayan hollandiyalı sürücü yarışın sonunda Həmiltonla təkər-təkərə mübarizə aparıb və rəqibini geridə saxlayaraq ABŞ-da ilk dəfə podiuma yüksəlib.
Maks Ferstappen: “Gözləmədiyim halda ilk dövrəm əla keçdi. Tezliklə 5-ci yerə yüksəldim. Daha sonra liderləri yaxşı izlədik və tempimiz əla idi. Tez pit-stop edərək Bottasın önündə qaldıq. Son dövrələrdə liderlik uğrunda mübarizə mümkün idi. Amma son 3-4 dövrədə mənim SuperSoft təkərlərim yeyildi. Buna baxmayaraq, xoşbəxtəm. Qaza təkidlə basdığımdan ayaqqabım cırıldı. Ancaq özümü yaxşı hiss edirəm”.