F-1.az xatırıdır ki, niderlandlı sürücü pouldan başladığı yarışda gec pitə çağırıldığı üçün geriyə düşsə də, yekunda yenə qalib gəlib. Bu onun builki ardıcıl 9-cu qələbəsi olub. O, beləliklə Sebastyan Fettelin ardıcıl 9 qələbəlik rekordunu təkrarlayıb.
Maks Ferstappen: “İnanılmaz yarış idi. Bu gün hava şəraitinə görə doğru qərar vermək çətin idi.
Startdan əvvəl dövlət himnimiz çalınanda tüklərim biz-biz olmuşdu. Bu pis hava şəraitinə və yağışa baxmayaraq, azarkeşlər çox yaxşı dəstəkləyirdilər. Doğrudan da inanılmaz ab-hava var idi.
Ardıcıl 10-cu qələbə barədə gələn həftə düşünəcəyəm. Bu, heç də asan deyil. Performans göstərərkən həmişə təzyiqlə üzləşirsiniz. Lakin burada qalib gəldiyim üçün sevincliyəm”.