F-1.az xatırladır ki, hollandiyalı sürücü İtalitadakı sıralanma turunda Mercedes-dən təxminən 1 saniyə geridə qalaraq 5-ci yeri tutub.
Maks Ferstappen: “Bayram rejiminə görə geriləmədik. Məncə, bura qəribə trasdır. Çünki Montsada hamı bir-birinin hava kisəsində gedir. Normal trasa gedənə qədər gözləməliyik. Nəsə demək üçün tezdir.
Maksimum sürətdə Mercedes-ə uduzuruq. Ancaq tək çatışmayan tərəfimiz bu deyil. Balansımız pis idi. Boliddə asfaltla ilişmə çox azdır.
Mövsümə başlayanda Mercedes-lə mübarizə aparacağımızı güman edirdik. İndi isə McLaren və Racing Point-də də geridəyik. Bu, yaxşı hal deyil. Maşın keçənilkinə nisbətən geriləyib. Buraya üçüncü yer uğrunda mübarizə üçün gəlməmişəm”