F-1.az xatırladır ki, “qırmızı öküzlər” 2020-ci il bolidini fevralın 12-i təqdim etmiş və daha sonra Maks Ferstappen yeni bolidlə reklam çəkilişi üçün Silverstounda trasa çıxmışdı. Hollandiyalı sürücü əvvəlcə yağış təkərlərindən istifadə etsə də, daha sonra quru hava təkərlərinə keçmişdi. Cəmi 100 km məsafə qət edən Maks boliddən razı qalıb: “Reklam çəkilişini yeni bitirdim. RB16-nı ilk dəfə idi sürürdüm. Çox yaxşı idi. Yeni bolidlə ilk dəfə trasa çıxmaq və vəziyyəti idarə etmək çox vacibdir. Barselonaya rahatlıqla gedə bilərik. Bolid əla işləyir”.
M.Ferstappen: “Barselonaya gedə bilərik”
Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, RB16-dan razı qalıb.