M.Ferstappen: Barselona trası mənim üçün xüsusidir

Niderlandlı sürücü Monakodakı zəfərdən sonra ilk qələbəsini qazandığı Barselonaya gedəcəyi üçün xoşbəxtdir.

F-1.az xatırladır ki, 2016-cı ildə mövsümün gedişində Red Bull rəhbərliyi Daniil Kvyatın nəticələrindən razı olmadığı üçün onu ovaxtkı adı ilə Toro Rosso-ya (indiki AlphaTauri komandası) göndərmiş, əvəzində isə hələ 18 yaşlı Maks Ferstappeni komandaya gətirmişdi. Gənc Maks yeni komandası ilə çıxdığı elə ilk yarış olan İspaniya Qran Prisini qələbə ilə başa vurmuşdu.

Maks Ferstappen: “Hamımız yaxşı tanıdığımız trasa qayıtmağı səbirsizliklə gözləyirik. Son iki şikananın olmadığı yeni konfiqurasiyasını görmək maraqlı olacaq. Bu trasla bağlı gözəl xatirələrim var, xüsusən də Formula1-də ilk qələbəm. Trasdan başqa, Barselona gözəl şəhərdir və bu həftəsonunu çox sevirəm. Ümid edirəm ki, hava yaxşı olar”.

Xatırladaq ki, aradan keçən 7 ildə Ferstappen qələbə sayını 39-a çatıdıb və Barselonada yubiley 40-cı qələbəsinə çalışacaq. Hazırda çempionatda 144 xalla liderliyini davam etdirir və ardıcıl üçüncü tituluna doğru inamla addımlayır.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*