M.Ferstappen: “Bakıda yenə qazana bilərik”

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, Bakıda əvvəlki yarışların pis nəticələrini kompensə etmək istəyir.

F-1.az xatırladır ki, hollandiyalı sürücü mövsümə pis başlayıb. İlk 3 yarışda da müxtəlif səhvlər edən 20 yaşlı pilot daha əvvəl podium belə görmədiyi Bakı Şəhər Halqasında gözəl nəticəyə ümid edir: “Keçən il Bakıda bəxtim gətirmədi. Bolid güclü olsa da, etibarlılıq problemləri bizə pis təsir etmişdi. Bakıda bolid sürməkdən həzz alıram. Uzun düzlüklərdə bəlkə, vaxt itirirəm, amma yarış günündə güclü ola bilərik. Qala divarları televizordan qəşəng görünür. Yanından keçəndə çox təsiredici olduğunu anlayırsınız. Bundan başqa səhv edəndə sizi xilas edən zonalar yoxdur. Yəni yarışınız bitə bilər. Limitdə sürsəniz də, gözəl trasdır”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*