M.Ferstappen: “Atam sərt adamdır”

Red Bull komandasının sürücüsü Maks Ferstappen atasının onunla sərt davrandığını deyib.

F-1.az xatırladır ki, gənc sürücünün atası Yos Ferstappen də Formula1-də yarışıb və karyerasının ilk ilində Mixael Şumaxerlə komanda yoldaşı olub.

Maks Ferstappen ilk yarışına 2015-ci ilib Avstraliyada – 17 – yaşında çıxıb və 2016-cı ilin Barselona yarışında ilk qələbəsini əldə edib. 21 yaşlı sürücünün hazırda 5 qələbəsi var.

Maks Ferstappen: “Həyatım boyu atamla bir yerdə işlədim. O, sərt adamdır və bu xasiyyəti yaxşıdır. Məni Formula1-ə gətirdi. Əlbəttə, Red Bull və Helmutun da dəstəyi oldu. Bəzən tənqidlər başadüşüləndir. Çin və Monako kimi həftəsonlarında lazım idi. Bəzən güclü olmaq üçün belə şeyləri yaşamaq lazımdır”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*