F-1.az xatırladır ki, niderlandlı sürücü yağışlı keçən sıralanma turunda hamıdan güclü olub və bu il ikinci dəfə poul qazanıb.
Maks Ferstappen: “Asan yarış gözləmirəm, amma çətin hava şəraitində sakit qala bildik. Səhv etmədik və son sessiyada doğru qərarlar aldıq. Poul qazandığım və yenidən Monrealda olduğum üçün sevincliyəm. Uzun müddətdir bura gələ bilmirdik. Azarkeşləri yenidən görmək gözəl oldu”.