F-1.az xatırladır ki, hollandiyalı sürücü İspaniya QP-dən əvvəl Toro Rosso-dan Red Bull-a transfer olunmuşdu və burada Kvyatla Rikkardonun sazlanmaları ilə yarışmışdı.
Amma Ferstappen bildirib ki, artıq hər şey dəyişib: “Son yarışlarda artıq özüm öz işimi görürəm. Bolidi başa düşdükcə hər şeyi daha yaxşı edirsiniz. Bura təzə gələndə Danielin sazlanmalarından istifadə edirdim. Məsələn, onun qaz, sükan, əyləc sazlanmaları ilə yarışdım. Bütün sazlanmaları ondan aldım. Amma müəyyən nöqtədən sonra hər şeyi öz zövqünüzə görə etməyə başlay;rsınız”.
Ferstappen əlavə edib ki, son iki yarışda sazlanmaları daha yaxşı başa düşüb: “Deyəsən, Malayziya idi. Orada çox inkişaf etdik. Boliddə bəzi şeyləri dəyişdirdim və yaxşı işlədi. Boliddə özümü yaxşı hiss etdim. Bu cür davam etməyə çalışacam”.