M.Ferstappen ardıcıl 8-ci qələbəyə görə sevinclidir

Red Bull komandasının sürücüsü Maks Ferstappen ardıcıl 8-ci qələbəsini qazandığı üçün xoşbəxtdir.

F-1.az xatırladır ki, niderlandlı sürücü altıncı yerdə başladığı yarışı gözəl performans göstərərək, qazanıb. Özü də ikinci yerdəki sürücüyə 20 saniyə fərq ataraq… Bu 25 yaşlı sürücünün ardıcıl 8-ci qələbəsidir. Belçika Qran Prisindən 33 xalla ayrılan Maks bu qələbədən sonra ən yaxın rəqibi Pereslə xal fərqini 125-ə qaldırıb. Bu isə təxminən 5 yarışlıq fərq deməkdir.

Maks Ferstappen: “Altıncı yerdən başlayıb qalib gəlmək əladır. Maşınımızın güclü olduğunu bilirdim. Əsas birinci döngədən problemsiz çıxmaq idi. Hamı bir-birinə yaxın idi.

Daha əvvəl də belə vəziyyətə düşmüşdüm. Buna görə təmaslardan və ya sıxılma ehtimalından uzaq olmağa çalışdım. İşə yaradı. Ondan sonra gözəl ötmələr etdik. Sadəcə startda bir az DRS qatarına düşdüm. Ancaq bu yox olandan sonra temp tutmağa başladım. Çox həzz aldım.

Sonra mühəndisim yavaşlamağımı istədi və yavaşladım. Təbii ki, hamımız təkər yeyilməsinə fikir vernəliyik. Bu tras təkərə qarşı çox tələbkardır. Buna görə lazımsız şeylər etmək lazım deyil. Sona qədər belə davranmağa çalışdıq”.

Maks Ferstappen az qala Eau Rouge döngəsində qəza edirdi. Lakin o, maşını ram edərək, qəzadan qaça bilib.

İkiqat Dünya Çempionu bu barədə belə danışıb: “O döngə pis an yaşamaq üçün ən təhlükəli yerdir. Lakin yağışın yağdığı vaxtlarda vəziyyət çətin idi, çünki yağışın yağdığını görürük, amma nə dərəcədə çox yağdığını bilmirik.

Kiçik bir drift etdik. Yaxşı ki, heç nə olmadı. Orada qəza etməyi heç vaxt istəmərik”.

Qeyd edək ki, Maks Ferstappen Belçikada ardıcıl 8-ci qələbəsini qazanmaqla Sebastyan Fettelin 2013-cü ildə əldə etdiyi ardıcıl 9 qələbə rekordunu təkrarlamağa çox yaxınlaşıb. 25 yaşlı sürücü vətənində – Niderland yarışında bu rekorda ortaq ola bilər.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*