F-1.az xatırladır ki, niderlandlı sürücü bu il 7 yarışın hamısında podiuma yüksəlib və bunlardan beşi birincilikdir. Ondan sonra ən çox podiuma yüksəlmiş sürücü isə 5 dəfə ilə Fernando Alonsodur. Bundan başqa bu mövsüm 7 yarışın hamısından xal almış 3 sürücü var: Ferstappen, Həmilton və Alonso.
İlk yeddi yarışın hamısında qalib gəlmiş Red Bull-un bu mövsüm bütün yarışları qazanması gözlənilir, amma Maks Ferstappen bunun mümkün olmayacağını deyib. 25 yaşlı sürücü Kanada yarışından əvvəl bildirib ki, Red Bull komanda olaraq problem yaşasa, qələbəyə ən çox layiqli sürücü Fernando Alonsodur: “Fernandonu sevirəm. O əsl yarışçıdır və məncə, qələbəyə layiqdir.
Heç vaxt təslim olması. İdmana olan sevgisini görə bilirsiniz və bəzən ona baxanda “aman Allahım” deyə düşünürsünüz. Uzun illər orta qrupda yarışdıqdan sonra idmana qarşı olan sevginizi itirə bilərsiniz. Ancaq o əsl yarışçısıdır. Sözün əsl mənasında canavardır. Bəli, bu il qələbə qazanmasını istədiyim bir sürücü varsa, o da Fernando Alonsodur”.
Qeyd edək ki, Fernando Alonso son qələbəsini 2013-cü ilin Barselona yarışında əldə edib. Onun karyerası ərzində 32 qələbəsi var.
2005 və 2006-cı illərdin Dünya Çempionu hazırda Sürücülər Çempionatından sonra iki Red Bull pilotundan sonra üçüncü yerdədir.