F-1.az xatırladır ki, Barselona yarışında Maks Ferstappen radiodan komandasına “bir nəfərin telefonu zəng çalır. Deyəsən Helmut Markonundur” demişdi. Bundan sonra Kristian Horner Maksın başqa səviyyədə olduğunu bildirmişdi.
Bu il ardıcıl üçüncü titulunu qazanmağa hazırlaşan niderlandlı sürücü düşünür ki, özü kimi ekstra keyfiyyətləri olan başqa sürücü Fernando Alonsodur.
Maks Ferstappen: “Əlavə gücə sahib olmağın Formula1-də üstünlük gətirdiyini bilmək həzz verir. Belə şeyi sonradan öyrənmək olmur. Əvvəldən buna sahib olmalısınız. Peletonda bir neçə sürücünün belə istedadı var.
Bunlardan biri qətiliklə Alonsodur. Bunu hiss edə billirəm. Maşındakı işindən, kiçik şeyləri hiss etməsindən və əlavə keyfiyyətlərini göstərməsindən… Hələ də limitlərdə sürür, amma digər şeylər barədə düşünür.
Məsələn, mühəndisimlə danışıram, amma eyni zamanda Ferrari-nin Pitstop etdiyini eşidirəm. Tamamilə sürməyə köklənsəniz, bunu hiss etməzsiniz.
Məncə, Alonso bu yönünə görə Həmiltondan çox öndədir. Bəlkə də, bu sözümdən sonra insanlar məndən nifrət edəcəklər, amma mən belə düşünürəm”.