F-1.az bildirir ki, Britaniya mətbuatı sürücülərin 2023-cü ildəki gəlirlərini yayımlayıb. Bu rəqəmlər rəsmi deyil və ilin sonuna qədər sürücülərin əlavə bonusları və reklam gəlirləri arta bilər.
Maks Ferstappen 50 milyon dollarlıq gəlirlə siyahıya liderlik edir. Uzun illərdən sonra isə Lyuis həmilton ən çox qazanan sürücü olmayacaq. Yeddiqat Dünya Çempionu 35 milyon dollarlıq gəlirlə üçüncü yerə geriləyib. İkinci yerdə isə Ferrari-nin gənc sürücüsü Şarl Lekler var.
Yuki tsunoda və Loqan Sarcent isə 2023-cü ildə ən az pul qazanan sürücü olacaqlar. Onların hərəyə 1 milyon dollar gəlirləri olacaq.