M.Ferstappen: 40 yaşıma qədər yarışmayacağam

Çempionatın lideri Maks Ferstappen bildirib ki, o uzun illər yarışmayacaq.

F-1.az xatırladır ki, niderlandlı sürücü son iki mövsümdə Formula1-də hegemonluq edir. Red Bull komandası Ədrian Nyui və Maks Ferstappenlə məğlubedilməzdir və onlar bütün rekordları yeniləməklə məşğuldurlar. Hazırkı hədəf isə mövsümdəki bütün yarışları qazanmaqdır.

Lakin Ferstappen xoşbəxt görünmür, çünki o, şəxsi həyatına vaxt ayıra bilmir və yarış sayının artmasından narazıdır. Buna görə də idmandan soyuyur.

Gələn il təqvimdə 24 yarış olacaq. Formula1-in rəhbəri Stefano Domenikali bildirib ki, yarış sayı artmayacaq. Lakin 2026-cı ildəki yeni müqaviləyə görə say arta bilər.

Maks Ferstappen: “Düzünü desəm, hər şey həyatımı necə gördüyümdən asılıdır. Dörd yaşımdan yarışıram və bir müddətdən sonra “artıq bəsdir” deyəcəyəm. Mənim hədəfim yeddi, səkkiz, doqquz titul qazanmaq deyil. Bir dəfə qazananda günün sonunda həmişə eyni şey olur. Formula1-dən başqa planlarım var. Formula1 mənim həyatım deyil və gördüyüm başqa işlər var. Səyahət etməyi saxlayandan sonra başqa işləri də rahatlıqla görəcəyəm.

Sözün açığı, qalib gələn komandadan ayrılmaq təbii ki, çətin olacaq. Onsuz da 2028-ci ilin sonuna qədər müqaviləm var. Müqaviləm bitəndə 31 yaşım olacaq. Bəlkə də başqa işlər görmək istəyəcəyəm. Bəli, o yaşda d rəqabətədavamlı ola bilərəm, amma məsələ bu deyil.

Dediyim kimi, artıq bir yerdən sonra karyeranızı bitirib, həyatınıza fokuslanmaq istəyirsiniz. Məsələn, evdə oturmaqdan doğrudan da həzz alıram.

Mən həmişə belə idim. Evə qayıdanda işlərimi görürəm. Təbii ki, F1-lə bağlı işlərimi də heç vaxt unutmuram. Ancaq özəl həyatım olmalıdır və həmişə Formula1 düşünməməliyəm. Bu mənim üçün vacibdir. Mən Alonso və Həmilton kimi 40 yaşıma qədər yarışmağı heç düşünmürəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*