F-1.az xatırladır ki, niderlandlı sürücü mövsümün ilk 3 yarışının ikisində mübarizəni vaxtından əvvəl dayandırsa da, sonradan çıxdığı 19 yarışın 14-də qalib gəlib və ardıcıl ikinci mövsümdə titulu özünə bayram edib.
Maks Ferstappen: “Düzünü desəm, bu sual işarəsi idi. Aerodinamik boruda bütün hesablar düz gəlirdi, amma rəqiblərimizin nə etdiyini bilmirdik. Fikirlərşirdik ki, görəsən nə tapıblar? Bəhreyndə bolidlər trasa çıxanda fərqli ideyalar gördüm. Mövsümün əvvəlidə əsas problem bolidin ağırlığı idi. Lakin bundan qurtulduq və bolid sürətləndi. Yeniliklər kömək etdi”.