M.Ferstappen 100-cü yarışına hazırlaşır

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, ABŞ karyerasının 100-cü yarışı üçün ən doğru yerdir.

F-1.az xatırladır ki, hollandiyalı sürücü Formula1 karyerasına 2015-ci ildə başlayıb. Çıxdığı 99 Qran-Pridə 1 poul və 7 qələbə qazanan gənc pilot son yarışlardakı uğursuzluğunu Ostində unutdurmaq istəyir: “Ostin F1-dəki 100-cü yarışım üçün əla trasdır. Amerikanı və Texası sevirəm. Ostin köhnə trasları xatırladır.Oraya getmək gözəldir. Keçən il buradakı yarışa gerilərdən başlasam da, ikici olmuşdum. Burada ötmə etmək asandır və bu da marağı artırır.

Meksikada altıncı yerdən daha yaxşı nəticə qazana bilərdik. Heyif ki, zərəri azaltmağa çalışdım”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*