F-1.az xatırladır ki, niderlandlı sürücü sona 3 yarış qalmış ən yaxın rəqibi Lyuis Həmiltondan 14 xal öndədir.
Maks Ferstappen: “Çempion olsam, 1 nömrəli maşınla yarışacağam. Ömrünüz boyu neçə dəfə 1 nömrəli maşınla yarışmaq fürsətiniz olub? Bu atributlarımız üçün də yaxşı olacaq”.
Qeyd edək ki, 2014-cü ildən etibarən sürücülər öz nömrələrini seçirlər. O tarixdən bəri yalnız Sebastyan Fettel 1 nömrəli maşınla yarışıb.