F-1.az xatırladır ki, hollandiyalı sürücü poul qazanan Bottasdan 0.5 saniyə geridə qalıb və üçüncü yeri tutub. Gənc pilot sabahkı yarışa rəqiblərindən fərqli olaraq Soft təkərlə başlayacaq.
Maks Ferstappen: “Mercedes-lə fərq çox pis oldu, amma bunu təhlil edəcəyik. Bolidin balansından razı qalmadım. Bunu həll edə bilsək, daha güclü olacağıq. Mercedes-i qabaqlamasaq da, onlarla mübarizə apara bilərik.
Maşının balansı bəzi yerlərdə yaxşı olsa da, bəzi yerlərdə pis idi. Yarım saniyə fərq böyük fərqdir və səbəbi balans problemidir. Daha çox işləyib fərqi azaltmalıyıq. Növbədə səkkiz yarış var. Ümid edirəm ki, növbəti həftə güclü olarıq. Heç nəyi dramatikləşdirmək olmaz.
Yarışa fərqli təkərlərlə başlamaq qəribə olacaq. Ümid edirəm ki, bizə kömək edər. Daha sərt təkərlə start alacaq yeganə sürücüyəm. Sabah hava daha isti olacaq. Ümid edirəm ki, xeyrimizə olar. Mercedes sürücülərinin həyatını çətinləşdirmək istəyirəm”.