M.Evans: İşlər istədiyim kimi getmir

Jaguar komandasının sürücüsü Miç Evans bildirib ki, beşinciliyi itirdiyi üçün məyusdur.

F-1.az xatırladır ki, yeni zellandiyalı sürücü yarışın sonlarında Hyuzla 5-cilik uğrunda mübaizə aparırdı. Lakin son döngədə britaniyalı pilotun maşını dayanıb və ondan qaça bilməyən Miç rəqibini arxadan itələyərək finişə aparıb. Belə olan halda isə Miçin arxasındakı Buemi də onu keçib və 28 yaşlı pilot yekunda 7-ci olub.

Miç Evans: “Ceykə ikinci dəfə hücum etsəm də, ötməni tamamlaya bilmədim. Gücə qənaət etməkdə çətinlik çəkirdi. Sonlara doğru isə vəziyyəti daha da pisləşdi, lakin son döngəmdə önümə keçdi və buna görə də onu finiş xəttinə itələməli oldum. Buna görə 1 yer itirdim. Beşinci bitirməli idim, yeddinci oldum. Mənim üçün işlər qaydasında getmir”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*