M.Erikssonun çəkisi başına bəladır

Sauber komandasının rəhbəri Frederik Vassyör bildirib ki, Erikssonun çəkisi keçən il çox ağır olub.

F-1.az xatırladır ki, 27 yaşlı sürücü keçən il Verlyayndan 10 kiloqram ağır olduğu üçün hər dövrədə 0.3 saniyə itirirdi.

Frederik Vassyör: “Məncə, Markus keçən il çox təkmilləşdi. O çox ağırdır. Mövsümün ortasında 10 kq artıq çəkisi var idi. Amma sona yaxın bu fərq azaldı. Performans cəhətdən yaxşı çıxış edərək, Paskala çata bildi. Komanda üçün də əla təcrübə idi.

Şarl aşağı seriyalarda yaxşı çıxış etsə də, Formula1-də heç təcrübəsi yoxdur. Trasların 60 faizi onun üçün yaddır və biz ona yaxşı meyar nöqtəsi verməliyik. Balanslı heyətimiz var və onlardan yaxşı işbirliyi gözləyirəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*