M.Eriksson Verlaynın transferindən razıdır

Sauber komandasının sürücüsü Markus Eriksson bildirib ki, Paskal Verlyayn ilə komanda yoldaşı olacağı üçün xoşbəxtdir.

F-1.az xatırladır ki, Eriksson 2015-ci ildə Formula1-də debüt etmişdi. İsveçrəlilər keçən mövsüm onunla müqaviləni uzatsalar da, komanda yoldaşı Nasr sponsor problemlərinə görə komandadan ayrılmışdı. Sauber braziliyalının əvəzinə Mercedes-in dəstəklədiyi Paskal Verlyaynı transfer edib.

Markus Eriksson: “Sözün açığı, Verlyaynın gəlişi komanda və mənim üçün yaxşı oldu. Paskal sürətli və yaxşı karyerası olan sürücüdür. DTM-də çempion oldu və uzun müddətdir ki, Mercedes ailəsindədir. Bu da ona olan inamın göstəricisidir. Mənim məqsədim onu məğlub etmək olacaq. Düşünürəm ki, aramızda yaxşı mübarizə olacaq. Bu da hər ikimizin performansına müsbət yöndə təsir edəcək”.

Eriksson inanır ki, yeni mövsümdə komandası uğurlu nəticələr alacaq: “Bir az uzun çəksə də, keçən mövsümün sonunda inkişaf etdik. Məqsədimiz bu inkişafı 2017-ci ildə də davam etdirməkdir. İki gənc sürücü ilə uğurlu nəticələr ala bilərik. Ümid edirəm ki, işlər istədiyimiz kimi gedər və yaxşı nəticələr alarıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*