M.Eriksson: “Təkərləri başa düşürük”

Sauber komandasının sürücüsü Markus Eriksson bildirib ki, Bəhreyndəki mövsümiçi testlərdə təkərləri başa düşmək üçün mükəmməl işlər görüblər.

F-1.az xatırladır ki, isveçli sürücü ikigünlük Bəhreyn testlərində 100-dən çox dövrə vuran 3 sürücüdən biri olmuşdu.

Markus Eriksson: “Testləri ən yaxşı formada tamamladıq. Testlərin ilk günü ən çox dövrə vuran sürücü oldum və bu da göstərir ki, etibarlılıq cəhətdən problemimiz yoxdur. Mövsümün əvvəlinə nisbətən çox inkişaf etmişik. Növbəti yarışlarda daha güclü ola bilərik. Performansımız artdıqca fərqli sazlanmalardan istifadə etdik. Sürət cəhətdən hazırda rəqiblərimizdən geridəyik, amma inkişafa davam edərək, xallar uğrunda mübarizə aparmaq istəyirik”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*